Mourinyo xüsusi məşqçidir, amma… – Hazard

“Çelsi”nin yarımmüdafiəçisi Eden Hazard çalışdığı məşqçilərlə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçu hazırkı baş məşqçisi Mauritsio Sarrinin oyun fəlsəfəsinin ona daha uyğun olduğunu deyib:

“İndiyə qədər birlikdə işlədiyim bütün məşqçilərin mənə qatqısı olub. Hamı mənə dəyərli məsləhətlər verirdi, “Lill”də oynayarkən işlədiyim  Klod Pueldən Mauritsio Sarriyə qədər. Bu məşqçilər futbolu öz üsulları ilə oynadırlar. Buna görə, mən də belə futbolçu oldum.

Joze Mourinyo ilə Sarriyə gəlincə, onlar fərqlidirlər. Mourinyo xüsusi məşqçidir, amma Sarrinin futbol fəlsəfəsi mənə daha uyğundur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button