Öz işimdən narahat deyiləm, amma… – Sarri
İngiltərə Premyer Liqasının son turunda “Mançester Siti”yə 0:6 hesabı ilə məğlub olan “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis, etdikləri səhvləri anlaya bilmədiyini deyib:
“Nə baş verdiyini anlaya bilmirəm. Həftə ərzində çox çalışdıq, amma meydanda böyük problemlərimiz vardı. Bunu başa düşə bilmirəm. Çox səhv etdik. Oyunun əvvəlindən etibarən rəqibə təzyiq göstərmək istədik, amma matçın 3-cü dəqiqəsində qol buraxdıq”.
İtaliyalı mütəxəxssis mümkün istefası haqqında da danışıb:
“Öz işimdən narahat deyiləm, amma “Çelsi”nin oyunundan çox narahatam. Üzərimdə təzyiq var, çünki nəticəyə görə məsuliyyət daşıyan mənəm. Vəzifəmdən göndəriləcəmmi, bilmirəm. Bunu rəhbərlikdən soruşmağım lazımdır”.
Bizi Facebook-da izləyin