Messi tələsmək istəmir

Lionel Messi “Barselona” ilə 2020/21 mövsümünün başlanğıcına qədər yeni müqavilə imzalamaq istəmir.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, Messinin “Barselona”dan ayrılmaq kimi bir planının olmadığı bildirilir. Ancaq kapitan mövsümü bitirməmiş, yeni müqavilə imzalamaq haqda düşünmür.

Messi mövsümün sonunda klubun hansı yerdə qərarlaşdığını və özünün hansı səviyyədə futbol oynadığını nəzərə aldıqdan sonra qərarını verəcək.

Argentinalı futbolçunun “Barselona” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button