Neymar geri döndü

Ötən günlərdə komanda yoldaşları ilə aralarındakı münaqişəyə görə məşqi buraxan “Santos”un hücumçusu Neymar geri qayıdıb.

Komanda.az “Globo”-ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçu komandanın ümumi məşqində tam şəkildə iştirak edib.

Neymar bundan əvvəl özbaşına klubun bazasını tərk etmiş və məşqə qatılmamışdı. Buna baxmayaraq, “Santos” rəhbərliyi hücumçuya qarşı heç bir intizam tədbiri tətbiq etməmək qərarına gəlib.

Braziliyalı forvard cari ildə “Santos”un heyətində 16 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun Braziliya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button