
“Turan Tovuz”dan ayrılan futbolçu Rusiya klubuna keçdi
“Turan Tovuz”dan ayrılan Sergey Samokun yeni klubu məlum olub.
Komanda.az xəbər verir ki, rusiyalı qapıçı karyerasını ölkəsində davam etdirəcək.
Samok “Veles”lə anlaşıb. Bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı qolkiper 1-ci liqa klubu ilə 1 illik müqavilə imzalayıb.
Samok 2024-cü ilin yayından “Turan Tovuz”da çıxış edirdi. O, 2025/26 mövsümündə Premyer Liqada 11 oyunda meydana çıxıb və qapısında 10 qol görüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


