Şotlandiya millisinin “sükan”ı Martinesə tapşırıla bilər

Şotlandiya millisi yeni baş məşqçi axtarışını davam etdirir.

Komanda.az “Talk Sport”-a istinadən xəbər verir ki, bu posta əsas namizədlərdən biri Portuqaliya millisinin sabiq baş məşqçisi Roberto Martinesdir.

İspaniyalı mütəxəssis Portuqaliya yığmasının DÇ-2026-da İspaniya millisinə uduzaraq (0:1) turnirlə vidalaşmasından sonra vəzifəsindən ayrılıb və hazırda şotlandların sabiq baş məşqçisi Stiv Klarkın mümkün əvəzləyicisi kimi nəzərdən keçirilir.

Martines 2023-cü ildən Portuqaliya millisini çalışdırırdı. O, məşqçilik karyerası ərzində “Suonsi”, “Viqan”, “Everton” və Belçika yığmasına da rəhbərlik edib. Portuqaliya millisi Martinesin rəhbərliyi altında 2025-ci ildə UEFA Millətlər Liqasının qalibi olub. O, həmçinin, 2013-cü ildə “Viqan”la İngiltərə kubokunu qazanıb, Belçika millisini isə 2018-ci il dünya çempionatında bürünc medallara daşıyıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button