150 milyon avrodan aşağı qiymətə satılmır!

“Arsenal”ın mərkəz müdafiəçisi Vilyam Saliba “Real”ın və “Barselona”nın maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu isə fransalı futbolçunu satmaq istəmir. Klubun yalnız 150 milyon avrodan yuxarı təklifləri nəzərdən keçirməyə hazır olduğu bildirilir.

Saliba 2019-cu ildən “Arsenal”ın formasını geyinir. O, 2025/26 mövsümündə bütün turnirlərdə 50 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. 25 yaşlı müdafiəçinin İngiltərə klubu ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilin iyun ayına qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button