
AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
AFFA-nın baş katibi Cahangir Fərəcullayev UEFA Marketinq Məsləhət Komitəsinin üzvü təyin edilib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Cahangir Fərəcullayev sözügedən komitədə fəaliyyət göstərəcək.
UEFA İcraiyyə Komitəsi UEFA Komitələri və Ekspert Panellərinin tərkibini müzakirə edib və qitə futbol qurumuna üzv assosiasiyalar tərəfindən təqdim edilən namizədlər əsasında təklif olunan yeni tərkibi təsdiqləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



