Elmar Baxşıyev “Sabah”ın rəqibini daha təhlükəli sayır

Yeni mövsümdə Azərbaycanı avrokuboklarda “Sabah”, “Qarabağ”, “Zirə” və “Neftçi” təmsil edəcək.

Artıq təmsilçilərimizin avrokuboklardakı ilk rəqibləri də müəyyənləşib. UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Sabah” Uelsin TNS komandası ilə üz-üzə gələcək. Avropa Liqasının eyni mərhələsində çıxış edəcək “Qarabağ”ın rəqibi isə İslandiyanın “Vestri” klubu olacaq.

Konfrans Liqasında yarışacaq “Zirə” 1-ci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandası ilə qarşılaşacaq. Mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq “Neftçi” isə Belarusun “Dinamo” (Minsk) və Şimali Makedoniyanın “Sileks” komandalarının qalibi ilə görüşəcək.

Azərbaycan təmsilçilərinin püşkünü dəyərləndirmək üçün “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyevlə əlaqə saxladıq. Mütəxəssis Komanda.az-a açıqlamasında bunları dedi:

“Püşkü normal dəyərləndirmək olar. Yaxşı hazırlıq nəticəsində dörd klubumuz da növbəti mərhələyə adlamaq gücündədir. İllərlə yığdığı təcrübə sayəsində “Qarabağ” üçün bu mərhələləri keçmək problem olmamalıdır. Eyni sözləri “Neftçi” haqqında da demək olar. Rəqiblərin dördü də bizim təmsilçilərimiz üçün problem yaratmamalıdır. TNS Britaniya təmsilçisi olduğundan, daha çox bu komanda təhlukəli sayıla bilər. İlk oyunlar optimal formadan uzaq oldugundan, rəqiblər daha çox ciddiyə alınmalıdır. Daha çox atletik futbola üstünlük verdiklərindən, güc baxımından çətinlik yarada bilərlər. Komandalarımızın hamısına Avropada uğurlar arzulayıram”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button