Anri Messini müdafiə etdi

“Barselona” və “Arsenal”ın sabiq forvardı Tyerri Anri, Argentina millisinin hücumçusu Lionel Messinin Əlcəzair yığmasına qarşı oyunda etdiyi qayda pozuntusu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, belə hallarda oyunçunun niyyətinin nəzərə alınmalı olduğunu deyib:

“Belə anlarda oyunçunun qayda pozuntusu törətmək niyyəti vacibdir. Messi topa diqqət yetirir və heç kimə zərər vermək istəmir. Bəli, təmas var idi. Amma hər qayda pozuntusu qırmızı vərəqə ilə cəzalandırılmamalıdır”.

Argentina millisi dünya çempionatının qrup mərhələsində Əlcəzair yığması üzərində 3:0 hesablı qələbə qazanıb. Messi görüşdə het-trik edərək, turnirin bombardirləri arasında liderliyə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button