
Alvareslə bağlı qeyri-müəyyənlik davam edir
“Atletiko”nun hücumçusu Xulian Alvaresin transferi ətrafında yaranan qeyri-müəyyənlik davam edir. Oyunçunun gələcəyi ilə bağlı müzakirələr səngiməsə də, onun seçimi dəyişməz qalır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” rəhbərliyi “Atletiko”nun futbolçu ilə bağlı son addımlarından xəbərdardır. Madrid təmsilçisi Alvaresin transferi üçün PSJ ilə danışıqlar aparıb və qarşı tərəfin təklifinə müsbət cavab verib. Ancaq 26 yaşlı forvard Paris klubuna keçidi qəti şəkildə rədd edib. Bildirilir ki, Alvares hələ də yalnız “Barselona”ya transfer olunacağına ümid edir.
Kataloniyalılar bütün çətinliklərə baxmayaraq, bu keçidi reallaşdıra biləcəklərinə inanırlar. Klub rəhbərliyi futbolçunun qərarlı mövqeyini və transfer prosesində fəal iştirakını əsas üstünlük hesab edir.
Transfer məsələsinin dünya çempionatı başa çatana qədər tam aydınlaşmasının gözlənilmədiyi qeyd olunur.
“Atletiko” daha əvvəl “Barselona”nın 100 milyon avroluq təklifini qəbul etməmişdi. Həmçinin, “Real”ın 150 milyon avroluq təklifi də rədd edilmişdi.
Bizi Facebook-da izləyin



