
Vlahoviç İspaniya klubuna keçə bilər
“Yuventus”un hücumçusu Duşan Vlahoviçin karyerasını İspaniyada davam etdirmə ehtimalı var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona” serbiyalı futbolçunu transfer etməkdə maraqlıdır. Kataloniya klubu daha əvvəl də forvardı heyətinə qatmağı düşünüb və indi onun keçidini yenidən gündəmə gətirib. “Barsa”, Vlahoviçin “Yuventus”la müqaviləsinin müddətini uzatmayacağı təqdirdə, onu bu yay azad agent kimi transfer etməyi planlaşdırır.
26 yaşlı futbolçu 2022-ci ildə 85 milyon avro qarşılığında “Fiorentina”dan “Yuventus”a keçib. Hücumçunun Turin klubuyla müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədər qüvvədədir. O, bu mövsüm bütün turnirlərdə 18 oyuna çıxaraq, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



