
Ərəblərdən Keynə 100 milyon avroluq təklif
“Bayern”in hücumçusu Harri Keyn karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal” ingilis futbolçunu heyətinə qatmaqda maraqlıdır. Klubun rəhbərləri Keynə 3 illik müqavilə təklif edib. Forvard təklifi qəbul etsə, onun qazancı 100 milyon avro olacaq.
32 yaşlı futbolçu 2024-cü ilin yayında “Tottenhem”dən “Bayern”ə keçib. Onun Münhen klubuyla müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



