“Trabzonspor” “Şaxtyor”un daha bir futbolçusunu heyətinə qatıb
“Şaxtyor”un vingeri Oleksandr Zubkov “Trabzonspor”a keçib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu 28 yaşlı futbolçu üçün “Şaxtyor”a 7,5 milyon avro ödəyəcək.
Zubkov bu mövsüm “Şaxtyor”un heyətində 21 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun Ukrayna millisində 37 oyunda 2 qolu var.
“Trabzonspor” daha əvvəl “Şaxtyor”un hücumçusu Daniil Sikanı heyətinə qatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin