“UEFA-nın monopoliyasına son qoyulacaq” – “Real”ın prezidenti

“Real”ın prezidenti Florentino Peres Avropa Super Liqası layihəsi haqda danışıb.

Komanda.az “Madrid Zone”-yə istinadən xəbər verir ki, funksioner turnirin başlayacağına şübhə etmir:

“Super Liqa? Mən həmişəkindən daha nikbinam. Sizi əmin edə bilərəm ki, heç bir şey əvvəlki kimi olmayacaq. Bununla da, UEFA-nın onilliklər boyu monopoliyasına son qoyulacaq. Bizdən başqa, hər kəsi sındıracaq çoxlu təzyiq və təhdidlər var idi. Bu, yeni modeli təqdim etmək üçün unikal imkandır. Bu nə qədər tez baş versə, bir o qədər yaxşıdır.

Heç kim yaxşı tamaşa göstərməkdən narahat deyil. 122 il ərzində İngiltərə komandaları “Santyaqo Bernabeu”da cəmi 22 dəfə oynayıb. Tarixdə yalnız bir dəfə “Arsenal”ı qəbul etmişik. “Mançester Yunayted”i son 16 ildə bir dəfə. Bu, səhvdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button