“Bayer”də “çərçivə”ni ehtiyat qapıçı qoruyacaq – “Qarabağ”la oyunlarda
“Bayer” “Qarabağ”a qarşı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin oyunlarında ehtiyat qapıçıya güvənəcək.
Komanda.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Xabi Alonso Almaniya mətbuatına açıqlamasında deyib.
İspaniyalı məşqçi bildirib ki, həm Bakıdakı, həm də Leverkuzendəki qarşılaşmada ikinci qapıçı Matey Kovar “çərçivə”də dayanacaq. O, əsas qolkiperləri olan kapitan Lukaş Qradetskini Bundesliqa matçları üçün qoruyacağını etiraf edib.
Komandalar arasında bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk oyun saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin