“Qalatasaray”da daha bir ayrılıq
Türkiyənin “Qalatasaray” klubu müdafiəçisi Ömər Bayramla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, 31 yaşlı futbolçu TFF 1-ci liqada mübarizə aparan “Eyüpspor” klubuna keçib.
Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. Ömər yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Ömər Bayram “Qalatasaray”a 2018-ci ildən “Akhisarspor”dan transfer olunmuşdu. Sol cinah müdafiəçisi İstanbul təmsilçisində 126 oyuna çıxıb, 2 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
Niderlandda dünyaya göz açan və peşəkar karyerasına da “NAK Breda”da da başlamış futbolçu, 2012-ci ildən Türkiyədə çıxış edirdi. Təcrübəli müdafiəçi burada “Kayserispor” və “Akhisarspor”un da formasını geyinib. O, Türkiyə millisində də 10 oyuna çıxıb. Ömər “Qalatasaray”ın heyətində Türkiyə çempionu olub, ölkə kubokunu və super kubokunu qazanıb.
Bizi Facebook-da izləyin