“Liverpul” Klopp üçün hərəkətə keçir
“Liverpul” klubu baş məşqçisi Yurgen Kloppla müqavilənin müddətini uzadacaq.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, Mersisayd klubu 54 yaşlı alman mütəxəssislə yeni müqavilə imzalamaq istəyir və yaxın vaxtlarda onunla danışıqlara başlayacaq. Klopp bir neçə dəfə hazırkı müqaviləsinin sonunda “Liverpul”dan ayrıla biləcəyini bildirib.
Klopp 2015-ci ildən “Liverpul”u çalışdırır. Komanda onun rəhbərliyi altında İngiltərə çempionu olub, Çempionlar Liqasının, Klublararası dünya çempionatının qalibi adını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin