Qrizmanndan transfer iddialarına cavab
Son zamanlar adı “Barselona” ilə yanaşı çəkilən və cari mövsümün sonunda “Atletiko”dan ayrılacağı deyilən Antuan Qrizmann məsələylə bağlı açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı forvard, bu mövsümə kökləndiyini deyib:
“Hər mövsüm haqqımda ayrılıq iddialarının çıxmasına artıq öyrəşmişəm. Hər mövsüm eyni söhbətlər olur. Komandamın mənə ehtiyacı var, mən də mövsümü ən yaxşı şəkildə bitirməyi düşünürəm”.
Madrid təmsilçisi ilə 2023-cü ilədək müqaviləsi olan fransalı futbolçu, bu mövsüm iştirak etdiyi 39 oyunda 18 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin