21-ci əsrin ən yaxşı futbolçusu məlum olub

“İnter Mayami”nin hücumçusu Lionel Messi 21-ci əsrin ən yaxşı futbolçusu seçilib.

Komanda.az xəbər verir ki, bu barədə “FourFourTwo” portalı məlumat yayıb.

İkinci yeri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı forvardı Kriştiano Ronaldo tutub. İlk üçlüyü “Barselona”nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta tamamlayıb.

36 yaşlı Messi 2021-ci ildə “Barselona”dan ayrılaraq PSJ-yə keçib. O, hazırda “İnter Mayami”də oynayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button