
Zidan: “İrqçiliklə bağlı vəziyyəti tam dəyişə bilməyəcəyik”
Fransa millisinin yeni baş məşqçisi Zinəddin Zidan futbolçuların üzləşdiyi irqçiliklə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“İrqçiliklə bağlı vəziyyəti tam dəyişə bilməyəcəyik. Amma hər kəsin fərqli olduğu gözəl bir ölkədə yaşayırıq. Mən hər kəsə yer olan bir məhəllədə böyümüşəm. Həyatım boyu hər kəslə ünsiyyət qurmuşam. İrqçiliyə qarşı mübarizə aparmalıyıq və bunu etməyə çalışırıq”.
Zidan bu gün rəsmən Fransa millisinin baş məşqçisi təyin olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


