
“Real” almaniyalı müdafiəçi üçün hərəkətə keçib
Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbek karyerasını “Real”da davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi 26 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb.
Şlotterbek daha əvvəl zədə səbəbindən 2026-cı il dünya çempionatında çıxışını vaxtından əvvəl başa vurduğuna görə “Real” transfer məsələsində fasilə vermişdi. Ancaq İspaniya klubu almaniyalı müdafiəçidən tamamilə imtina etməyib. Bildirilir ki, qarşıdakı bir neçə həftə transferin reallaşıb-reallaşmayacağına aydınlıq gətirəcək.
Şlotterbek ötən mövsüm “Borussiya”nın heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



