“Qalatasaray”dan 20 milyonluq transfer

Türkiyənin “Qalatasaray” klubu “Altay”da çıxış edən Kazımcan Karataşı heyətinə qatıb.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

19 yaşlı cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. Gənc oyunçunun transferi üçün “Altay”a 20 milyon TL ödənilib. Karataş özü isə qarşıdakı mövsümdə 5 milyon 350 min TL, 2023/24 mövsümündə 6 milyon 750 min TL, 2024/25 mövsümündə 7 milyon 500 min TL, 2025/26 mövsümündə 8 milyon 500 min TL və 2026/27 mövsümündə 10 milyon TL qazanacaq.

Qeyd edək ki, Kazımcan Karataş Türkiyənin U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.