“Qəbələ” üçün 14-cü start

Bu həftə Azərbaycan Premyer Liqasında yeni – 2019/20 mövsümü başlayacaq.

Komanda.az xəbər verir ki, sayca 28-ci olan ölkə çempionatı “Qəbələ”nin tarixində 14-cü olacaq.

2006-cı ildə yüksək dəstədə debüt edən “qırmızı-qaralar” 13 çempionatı arxada qoyub. Bu müddətdə komanda 5 dəfə mükafatçılar sırasına düşüb. “Qəbələ”nin hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.

Son 13 mövsümdə komanda 392 matça çıxıb. “Qəbələ” 161 qələbə qazanıb, 103 heç-heçə edib və 128 dəfə uduzub. Rəqib qapılarından 480 top keçirən “Qəbələ” futbolçuları 409 qol buraxıblar.

2006/07 24441617-4720XI yer 
2007/08 261131233-36 36VI yer
2008/0926961128-2133X yer 
2009/1032131036-3649VI yer 
2010/11321312 31-1851VII yer 
2011/12321510 43-32 52V yer
2012/13321081432-4038VI yer
2013/14 361871148-3661III yer 
2014/15321546-35 54III yer 
2015/16361611944-2859III yer
2016/17281410446-2152II yer
2017/1828147743-2649II yer
2018/1928991031-3336IV yer

Bu 13 ildə 219 futbolçu “Qəbələ”nin şərəfini qoruyub. Ən çox oyun keçirən futbolçulardan beşi 100 matç səddini arxada qoyub: Ürfan Abbasov – 177, Dodo – 131, Dmitri Bezotosnı – 117, Viktor Mendi – 112, Elvin Camalov – 111.

“Qəbələ”nin Premyer Liqadakı bombardiri Viktor Mendidir – 29 qol. Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb. 

“Qəbələ” arxada qalan 13 mövsümü 9 baş məşqçinin rəhbərliyi altında keçirib. Ramiz Məmmədov hamıdan çox – 118, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub. 3-cü göstərici ingiltərəli Toni Adamsa məxsusdur – 44 oyun. Komandanın indiki məşqçisi Sənan Qurbanov 31 çempionat görüşündə “qırmızı-qaralar”a rəhbərlik edib. “Qırmızı-qaralar” 13 mövsüm ərzində 24 müxtəlif rəqiblə qarşılaşıb.

“Qəbələ” 7 dəfə mövsümə qələbə ilə başlayıb. Startda 4 heç-heçəsi olan komanda 2 dəfə ilk matçını uduzub. Son 3 çempionatda “qırmızı-qaralar” ilk turu qələbə ilə başa vurub. 2016/17 mövsümündə “Kəpəz”i 2:0, növbəti çempionatda “Keşlə”ni 2:1 hesabı ilə yenən komanda ötən il “Səbail”in qapısından üç cavabsız qol keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button