PSJ-yə “yox” dedi, ispanlardan təklif gözləyir

“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kantenin PSJ-yə keçməkdən imtina etdiyi məlum olub.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Paris təmsilçisi üçün “zadəganlar”dan ayrılmaq istəməyib. Fransalı futbolçunun “Real” və “Barselona”dan rəsmi təklif gözlədiyi, cari mövsümün sonunda “Çelsi”dən ayrılmaq üçün rəhbərlikdən icazə istəyəcəyi deyilir.

“Çelsi” ilə 2023-cü ilədək müqaviləsi olan Kante, bu mövsüm iştirak etdiyi 34 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button