“Neftçi”nin hücumçusu Kipr klubuna keçir?
“Neftçi”nin hücumçusu Qodsvey Donyo karyerasını Kiprdə davam etdirə bilər.
Komanda.az Kipr mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətində Limassol “Apollon”u maraqlıdır.
Baş məşqçi Konstantinos Makridis qanalı oyunçunu komandasında görmək istəyir. Lakin tərəflər arasındakı danışıqların hansı səviyyədə olduğu bəlli deyil.
Xatırladaq ki, Qodsvey Donyo 2022-ci ilin yayında “Neftçi”yə keçib. Onun “ağ-qaralar”la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub. Hücumçu paytaxt təmsilçisində 21 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin