“Neftçi”nin futbolçusunun Kipr klubuna keçidi RƏSMİLƏŞİB

“Neftçi”nin futbolçusu Qodsvey Donyonun Kiprin “Apollon” (Limassol) klubuna keçidi rəsmiləşib.

Komanda.az xəbər verir ki, bu barədə Kipr klubunun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, 29 yaşlı hücumçunun transferinə dair Bakı klubu ilə ilkin razılıq əldə olunub.

Donyo “Apollon”la 2025-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaq.

Qodsvey Donyo ötən il “Neftçi”yə keçib. Onun “ağ-qaralar”la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button