
“Neftçi”də “Sabah”la oyundan əvvəl 3 itki
“Neftçi”nin üç futbolçusu “Sabah”a qarşı Azərbaycan Premyer Liqasının 19-cu tur matçını buraxacaq.
Komanda.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi televiziyasına açıqlamasında bildirib.
Onun dediyinə görə, Türkiyədəki qış təlim-məşq toplanışında zədələnən, hazırda fərdi məşqlər keçən Rəhman Hacıyev, müalicəsi davam edən Eddi İsrafilov və əməliyyatdan sonra yüngül məşqlərə start verən Fərid Yusifli meydana çıxmayacaqlar.
Bu gün keçiriləcək “Sabah” – “Neftçi” oyunu saat 19:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin