“Neftçi” Qəbələyə itkilərlə yollanır

“Neftçi” Premyer Liqanın 22-ci turu çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə matçın hazırlığını davam etdirir.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” bu gün öz bazasında növbəti məşqə çıxıb.

Əsasən toplu çalışmalardan ibarət olan hazırlıq prosesində hazırda müalicə olunan Rəhman Hacıyev iştirak etməyib, Eddi İsrafilov və Fərid Yusifli isə fərdi məşq ediblər.

Səfərə sabah yollanmağı planlaşdıran “Neftçi” oyunöncəsi son məşqini Qəbələ şəhər stadionunda keçirəcək. Fevralın 10-u saat 15:00-da həmin məkanda baş tutacaq matç “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button