
“Napoli” 4 klubun təklifini rədd edib
“Napoli” yarımmüdafiəçisi Antonio Verqaraya görə gələn transfer təkliflərini geri çevirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Neapol təmsilçisi İngiltərənin “Tottenhem” və “Bornmut” klublarının, eləcə də, “Komo” və “Atalanta”nın təkliflərini qəbul etməyib.
“Napoli” Verqaranı komandanın gələcəyi üçün vacib futbolçulardan biri hesab edir və onunla müqaviləni uzatmağı planlaşdırır.
Klubun yetirməsi olan yarımmüdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 19 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



