MY rumıniyalı futbolçu üçün danışıqlara başlayıb

“Mançester Yunayted” müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Komanda.az “Prosport” nəşrinə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” “Cenoa”da çıxış edən Radu Drequşinin xidmətində maraqlıdır.

Premyer Liqa təmsilçisi 21 yaşlı mərkəz müdafiəçisinin transferi üçün İtaliya klubu ilə danışıqlara başlayıb.

“Cenoa” Radu Drequşini mövsümün əvvəlində “Yuventus”dan transfer edib. Rumıniya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button