Qvardiola: “Qalan oyunlarımızda nə edəcəyimizi yaxşı bilirik”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 32-ci turu çərçivəsində “Aston Villa”nı məğlub etdikləri matçdan sonra fikirlərini bildirib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, ispan mütəxəssis, 2:1 hesabıyla qələbə qazandıqları oyunu belə şərh edib:

“Məğlub olsaydıq, təhlükəli ola bilərdi. “Mançester Yunayted” yaxşı formadadır. Hazırkı üstünlüyümüzü mövsümboyu etdiklərimizin sayəsində qazanmışıq. Qalan oyunlarımızda nə edəcəyimizi yaxşı bilirik.

Qarşıda vacib oyunlarımız var. Bu qələbə Çempionlar Liqası matçına hazırlıq baxımından əhəmiyyətli idi. Bəlkə də, ən çətin mövsümümüzü keçiririk. Çempionluq üçün üç qələbəyə ehtiyacımız var”.

“Mançester Siti” Premyer Liqada 77 xalla liderdir.