
Kurtua zədəsindən danışdı: “Ağrım yoxdur”
“Real”ın və Belçika millisinin qapıçısı Tibo Kurtua zədədən sonra hazırkı durumu barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Artıq heç bir narahatlıq hiss etmirəm. Matç zamanı zədənin ciddi olmadığını anladım. Ağrım yoxdur. Məşqlər bərpa olunan kimi hazır olacam”.
Kurtua 2026-cı il dünya çempionatında İspaniya millisinə qarşı 1/4 final oyununda (1:2) zədələnib.
33 yaşlı qapıçı 2025/26 mövsümündə “Real”ın heyətində La Liqada 32 oyuna çıxıb, 28 qol buraxıb və 13 matçda qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



