“Real”ın yay planı: Ronaldo geri qayıtmayacaq!

İspaniyanın “Real” klubu sabiq futbolçusu Kriştiano Ronaldonu geri qaytarmaq fikrində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “Cuatro” nəşri məlumat yayıb. “Real”ın bu yay transferdə əsas hədəfi PSJ-dən Kilian Mbappe və Dortmund “Borussiya”sından Erlinq Halanddır. “Kral klubu” bu futbolçulardan birini heyətinə cəlb etmək istəyir.

“Yuventus”la müqaviləsi 2022-ci ilin yayına qədər olan Ronaldo ilə İngiltərənin “Mançester Yunayted” klubu maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button