“İnanıram ki, bu qrupdan çıxacağıq” – “Qarabağ”ın rəqibinin baş məşqçisi

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rıza Çalımbay açıqlama verib. Komanda.az xəbər verir ki, türkiyəli mütəxəssis qrupu dəyərləndirib: “Digərlərinə baxanda bizim qrupumuz yaxşıdır. İnanıram ki, bu qrupdan çıxacağıq. Ancaq asan deyil. 

Ölkəmizin reytinqi üçün xallara ehtiyac var, bu da bizi daha çox iddialı edir. Ölkəmiz üçün mübarizə aparacağıq, Hədəflərimdən biri avrokuboklarda uğur qazanmaqdır”.

“Qarabağ” İ qrupunda “Sivaspor”la yanaşı, İsrailin “Makkabi” və İspaniyanın “Vilyarreal” klubları ilə mübarizə aparacaq.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button