İddia: “Fənərbaxça” Arda Güləri “Real”a satıb

“Fənərbaça” futbolçusu Arda Güləri “Real”a satıb.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 18 yaşlı yarımmüdafiəçinin transferi üçün “kral klubu” ilə danışıqlara başlanıldığını İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) bildirib.

İddiaya görə, Madrid kubu Arda üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcək. Həmçinin, əlavə 10 milyon avro bonuslar şəklində “Fənərbaxça”nın hesabına köçürüləcək. Bundan başqa, İstanbul klubu futbolçunun növbəti satışından 20 faiz pay alacaq.

Yarımmüdafiəçi bu gün xüsusi təyyara ilə İspaniyaya yola düşüb. Onunla 6 illik müqavilə imzalanacaq.

Arda Gülər 2019-cu ildən “Fənərbaxça”da forma geyinirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button