“Fənərbaxça” onlarla vidalaşdı

“Fənərbaxça” 3 futbolçusu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, İstanbul klubu rəsmi saytı vasitəsilə Mergim Berişa, Dimitrios Pelkas və Ezcan Alioski ilə vidalaşıb.

Alioski ötən yay “Əl-Əhli”dən icarə əsasında “Fənərbaxça”ya keçmişdi. Bir mövsümlük icarəyə götürülmüş 31 yaşlı futbolçunun icarə müddəti bitib. İstanbul klubu Şimali Makedoniyadan olan oyunçunu heyətində saxlamağa ehtiyac duymayıb.

Pelkas 2020-ci ilin oktyabrından “Fənərbaxça”da çıxış edirdi. O, İstanbul təmsilçisi 2022-ci ilin sentyabrında onu İngiltərənin “Hall Siti” klubuna icarəyə vermişdi.

Berişa isə Almaniyanın “Auqsburq” klubuna satılıb. Bundesliqa təmsilçisi alman futbolçunu ötən yay icarəyə götürmüşdü. 25 yaşlı hücumçunun bir mövsümlük icarəsi üçün “Fənərbaxça”ya 300 min avro ödəmiş almanlar bu yay da onun transfer hüquqlarını almaq üçün 4 milyon avrodan keçiblər.

Yeri gəlmişkən, “Fənərbaxça” bu yay Şotlandiyanın “Reyncers” klubundan transfer etdiyi sol cinah vingeri Rayan Kentlə də rəsmi müqavilə bağlayıb. 26 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button