Ronaldo təkid etdi, Azərbaycan millisi ilə oyun Turinə salındı

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya – Azərbaycan matçının İtaliyada, Turində oynanılacağını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, oyunun “Yuventus”un stadionunda keçirilməsi Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldonun təşəbbüsü ilə olub. Bu barədə “Football İtalia” nəşri məlumat yayıb. Hazırda “Yuventus”da çıxış edən Ronaldo, milli ilə məşqlərini də klubun bazasında keçirəcək.

Azərbaycan yığması isə məşqlərini Vinovoda yerləşən “Yuventus”un bazasında keçirəcək. Burda adətən “qoca sinyora”nın gənclər və qadın futbolçulardan ibarət komandaları hazırlıq keçir.

Portuqaliya milli komandasının Azərbaycanla ev oyununu koronavirus pandemiyasına görə neytral meydanda keçirməsinə ehtiyac yaranmışdı.

Portuqaliya – Azərbaycan matçı martın 24-də, “Yuventus” klubuna məxsus, Turindəki “Alyans Stadium”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button