
Flik: “Ən yaxşı çıxışımız olmasa da, məqsədimizə çatdıq”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin Dortmund “Borussiya”sı ilə cavab oyunundan sonra fikirlərini bölüşüb.
Kataloniya komandası Almaniyada “Borussiya”ya uduzsa da (1:3), iki oyunun ümumi hesabında qalib gəlib (5:3).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı məqsədlərinə çatdıqlarını bildirib:
“Çempionlar Liqası dünyanın ən yaxşı turniridir. Yarımfinala yüksəlmək klubumuz üçün fantastik nailiyyətdir. İnanılmaz atmosfer, çox çətin matç, ancaq biz irəlilədik. Ən yaxşı çıxışımız olmasa da, məqsədimizə çatdıq. “Borussiya” böyük komandadır, bu gün bizim üçün çox çətin idi”.
“Barselona” finala vəsiqə üçün “İnter” – “Bayern” cütünün qalibi ilə mübarizə aparmalı olacaq.
Bizi Facebook-da izləyin



