Azərbaycan Premyer Liqası dünya reytinqində irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı milli çempionatlarının illik reytinqini açıqlayıb.

Komanda.az İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 80 liqanın olduğu siyahıda Azərbaycan Premyer Liqası 41-ci pillədə yer alıb.

Aktivində 349.25 xal olan Azərbaycan çempionatı ötən reytinqlə müqayisədə 19 pillə irəliləyib.

Siyahıya Braziliya A seriyası başçılıq edir. Cənubi Amerika ölkəsinin yüksək liqası 1181 xala malikdir. İngiltərə Premyer Liqası (1086) ikinci, İspaniya La Liqası isə üçüncü (967.5) sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button