Azərbaycan kubokunda finalçılar bəlli oldu

Basketbol üzrə Azərbaycan kubokunda finalçılar bəlli olub.

Komanda.az xəbər verir ki, yarımfinal mərhələsinin birinci oyununda NTD “Neftçi”ni məğlub edib.

Komanda rəqibini 88:83 hesabı ilə üstələyib.

İkinci yarımfinal matçında “Naxçıvan” “Gəncə” ilə üz-üzə gəlib. “Gəncə” “Naxçıvan”ı 86:80 hesabıyla məğlub edərək ikinci finalçı olub. Gəncə təmsilçisi finalda NTD-nin rəqibi olub.

Final oyunu martın 30-da keçiriləcək. Ötən mövsüm “Neftçi” bu titulun sahibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button