“Borussiya” “Mançester Siti” ilə oyuna onsuz çıxacaq

Almaniyanın “Borussiya” komandası Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında sabah səfərdə İngiltərə “Mançester Siti”si ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Dortmund təmsilçisi sözügedən qarşılaşmada Ceydon Sançonun köməyindən istifadə edə bilməyəcək. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Martın əvvəlindən zədəli olan Sanço komanda ilə məşqlərə başlasa da, “şəhərlilər”lə ilk oyunu buraxacaq. İngilis yarımmüdafiəçi “Borussiya”nın dünənki məşqində iştirak etməyib.

Sabah keçiriləcək “Mançester Siti” – “Borussiya” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button