A Seriyasında mövsümün ən yaxşıları bəlli oldu

İtaliya A Seriyasında 2022/2023 mövsümünün ən yaxşıları müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya mövsümün ən yaxşı futbolçusu seçilib.

Bu barədə çempionatın rəsmi saytı məlumat yayıb. Gürcü futbolçu bu mövsüm A Seriyasında 33 oyuna 12 qol vurub, 13 assist edib.

Digər nominasiaylar üzrə qaliblər bunlardır:

Mövsümün ən yaxşı qapıçısı – İvan Provedel (“Latsio”)
Mövsümün ən yaxşı müdafiəçisi – Kim Min Jae (“Napoli”)
Mövsümün ən yaxşı yarımmüdafiəçisi – Nikolo Barella (“İnter”)
Mövsümün ən yaxşı hücumçusu – Viktor Osimhen (“Napoli”)
Mövsümün ən yaxşı gənc futbolçusu – Nikolo Facoli (“Yuventus”)
Mövsümün ən yaxşı baş məşqçisi – Luçano Spalletti (“Napoli”).

Mövsümün rəmzi komandası: Voytsex Şesnı (“Yuventus”) – Covanni Di Lorentso (“Napoli”), Qleyson Bremer (“Yuventus”), Kim Min Jae (“Napoli”) – Sandro Tonalo (“Milan”), Adrien Rabyo (“Yuventus”), Nikolo Barella (“İnter”) – Xviça Kvaratsxeliya (“Napoli”), Rafael Leao (“Milan”), Viktor Osimhen (“Napoli”).

Xatırladaq ki, A Seriyasının qalibi “Napoli” komandası olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button