
“Sabah” Finlandiya klubuna qarşı – YENİLƏNİR
“Sabah” bu gün Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
Komanda.az xəbər verir ki, sözügedən Azərbaycan çempionu ÇL-in 2-ci təsnifat mərhələsində Finlandiyanın “KuPS” komandasının qonağı olacaq.
Bu komandalar arasında ilk oyun Masazırda keçirilib və “Sabah”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu üzdən Azərbaycan çempionuna mərhələ adlamaq üçün hətta heç-heçə də kifayət edəcək.
Cavab görüşünü İsraildən olan hakimlər briqadası edəcək.
“Sabah” “KuPS” səddi keçsə, növbəti mərhələdə “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə görüşəcək. Məğlub olan tərəf isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Rəqib “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) duelinin məğlubu olacaq.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
28 iyul
KuPS – Sabah 0:0 (1-ci hissə)
Baş hakim: Qal Leybovitz (İsrail).
Kuopio stadionu.
KuPS: 1. Yohannes Kreydl, 29. Akseli Puukko, 28. Brahima Maqassa, 4. Kasim Nuhu, 25. Klinton Antvi, 10. Valentin Qask, 22. Sayku Turay, 8. Petteri Pennanen (k), 16. Tommi Jiri, 24. Bob Nii Arma, 11. Ceymi Moreno.
Ehtiyat oyunçular: 12. Hemmo Riihimaki, 37. Kasperi Silen, 3. Saku Heyskanen, 6. Saku Savolaynen, 13. Niilo Kuyasalo, 17. Arttu Heynonen, 19. Kalvin Kabuye, 20. Pyotr Parjişek, 21. Coslin Luyeye-Lutumba, 23. Arttu Lötjönen, 30. Rikardo Arauxo, 33. Taneli Hamaleynen.
Baş məşqçi: Miika Nuutinen.
Sabah: 92. Stas Pakatilov (k), 80. Akim Zedadka, 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 27. Timateuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 21. Velko Simiç, 11. Kahim Parris, 20. Coy-Lens Mikels.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Aden Makarti, 6. Abdulah Xaybulayev, 16. Rauf Rüstəmli, 17.ə Tellur Mütəllimov, 23. Yunes Laşab, 33. Erivaldo Almeyda, 34. Xander Severina, 88. Rodriqo Fernandes, 99. Orfe Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.
Bizi Facebook-da izləyin



