Rəsmi: “Mançester Siti”dən müdafiəçisi ilə yeni müqavilə

“Mançester Siti” müdafiəçi Yoşko Qvardiolun müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Xorvatiya millisinin üzvü ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsi 2 il sonra başa çatırdı.

“Mançester Siti” Qvardiolu 2023-cü ilin yayında “Leyptsiq”dən 90 milyon avroya transfer edib. 24 yaşlı mərkəz müdafiəçisi 2025/26 mövsümündə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button