“Tottenhem” ingiltərəli hücumçu ilə maraqlanır

“Çelsi”nin hücumçusu Liam Delap yay transfer dövründə komandanı tərk edə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun xidmətində “Tottenhem” maraqlıdır. London klubunun rəhbərliyi Delapı satmağa hazır olsa da, 40 milyon funt-sterlinqdən (təxminən 46 milyon avro) aşağı təklifləri nəzərdən keçirməyəcək.

Delap 2025-ci ildə “İpsviç”dən “Çelsi”yə 35 milyon avro qarşılığında transfer olunub. Onun klubla müqaviləsinin müddəti 2031-ci il iyunun 30-na qədərdir.

İngiltərəli hücumçu 2025/26 mövsümündə bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı futbolçunun transfer dəyərini 28 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button