“Nyukasl” da istəyir – “Mançester Yunayted”in hədəfindəki hücumçunu

“Nyukasl” yay transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, “sağsağanlar” “Kristal Pelas”ın müdafiəçisi Mark Que və “Brentford”un hücumçusu Brayan Mbeumoya maraq göstərir.

24 yaşlı Que 2024/25 mövsümündə “Kristal Pelas”ın heyətində 43 oyunda meydana çıxıb, 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb və 1 dəfə qırmızı vərəqə alıb. Onun sabit çıxışı “Nyukasl” rəhbərliyinin diqqətindən yayınmayıb və klub müdafiə xəttini gücləndirmək üçün onu potensial transfer kimi dəyərləndirir.

Hücum xəttinə gəlincə, “Brentford”un kamerunlu forvardı Brayan Mbeumo da “Nyukasl”ın maraq dairəsindədir. Bununla belə, onun üçün əsas rəqib “Mançester Yunayted” ola bilər. Hələlik hər iki oyunçu ilə bağlı rəsmi təklif irəli sürülməyib.

25 yaşlı Mbeumo başa çatan mövsümdə 41 oyunda 19 qol vurub və 9 məhsuldar ötürmə ilə komandasına dəstək olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button