Messi narazıdır

PSJ-nin futbolçusu Lionel Messi Paris klubunun Kilian Mbappe ətrafında layihə qurmasından narazıdır.

Komanda.az xəbər verir ki, bu barədə məlumatı “Ekip” nəşri yayıb. Məlumata görə, argentinalı futbolçu hesab edir ki, PSJ Neymarı mümkün qədər tez satmağa çalışdığı üçün onu aşağı qiymətləndirir. Messi klubun davranışından narazıdır.

Xəbərdə qeyd olunur ki, DÇ-2022-dən sonra təkcə PSJ-nin nəticələri yox, paltardəyişmə otağındakı ab-hava da pisləşib.

Daha əvvəl bildirilmişdi ki, Messi PSJ-dən ayrılmaq üçün iki variant üzərində düşünür: “İnter Mayami”yə keçid və ya Fransa klubuna keçməzdən əvvəl bütün karyerasını keçirdiyi “Barselona”ya qayıtmaq.

Messinin PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. O, bu mövsüm 26 oyuna çıxıb, 15 qol vurub, 14 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button