“Zidan hara istəsə, gedə bilər” – Federasiya prezidenti

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrey Zinəddin Zinəddin Zidanın milli komandanı çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, bu məsələ ilə bağlı Zidanla görüşmədiyini deyib:

“Mən bu barədə heç vaxt Zidanla görüşməmişəm. Didye Deşamla yolları ayırmağı düşünməmişik. Bəzi jurnalistlər nə yazacaqlarını bilmirlər. Zidanın Braziliya millisini çalışdırması? Mənim üçün fərqi yoxdur. Hara istəsə, gedə bilər”.

Öncədən fransalı mütəxəssis Braziliya, Portuqaliya və ABŞ milli komandalarından gələn təklifləri qəbul etməyib.

Fransa Futbol Federasiyası isə Didye Deşamla müqavilənin müddətini uzadıb. 54 yaşlı baş məşqçi ilə növbəti sözləşmənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Fransa millisi DÇ-2022-nin finalında Argentinaya penaltilər seriyasında məğlub olaraq (3:3, penaltilər – 2:4), gümüş medallara sahib olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button