Türkiyə klubu “Tottenhem”ə müraciət etdi – Ndombele üçün

“Qalatasaray” yarımmüdafiəçi Tanquy Ndombelenin transferi (və ya icarəsi) ilə bağlı “Tottenhem”ə müraciət edib.

Komanda.az “Media Foot”-a istinadən xəbər verir ki, “sarı-qırmızılar” futbolçunun qiyməti ilə maraqlanır.

Ndombele ötən mövsüm icarə əsasında “Lion”da çıxış edib.

“Tottenhem” futbolçunun transferindən 50 milyon avro qazanmağı planlaşdırır.

Ndombele 2021/22 mövsümündə “Tottenhem”in heyətində 16 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. “Lion”un heyətində isə o, 9 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button